İctimai Şuradan Etibar Əliyevin istefası ilə bağlı AÇIQLAMA

İctimai Şuradan Etibar Əliyevin istefası ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: İctimai Şuradan Etibar Əliyevin istefası ilə bağlı AÇIQLAMA

145642

Məlum olduğu kimi, Milli Məclisin deputatı Etibar Əliyev üzvü olduğu Elm və Təhsil Nazirliyinin (ETN) yanında İctimai Şuradan istefa verdiyini açıqlayıb. Bu barədə o, öz Facebook səhifəsində paylaşım edib.

Deputat İctimai Şuradan istefasını iclasdan bir gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi vatsap yazışmasının sosial şəbəkə hesablarında paylaşılması, bu məsələnin İctimai Şuranın müzakirə gündəliyinə salınmaması və digər səbəblərlə əlaqələndirib. 

Bizim.Media xəbər verir ki, ETN yanında İctimai Şuranın sədri Günel Səfərova E. Əliyevin istefası ilə bağlı məsələyə aydınlıq gətirib. 

O bildirib ki, iyulun 10-da keçirilən İctimai Şuranın iclasında şura üzvləri tərəfindən, əsasən, 4 məsələ - müəllimlərin sertifikatlaşdırılması prosesinin əhəmiyyəti, ictimai dinləmələrin əhəmiyyəti, Elm və Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı ictimaiyyətdə yayılan təhrif edilmiş fikirlərə münasibət, tədris ilinin yekunu müzakirə edilib:

“İlk növbədə onu qeyd etmək istəyirəm ki, Etibar Əliyev ETN-in yanında İctimai Şura üzvlüyündən istefası ilə bağlı şuraya rəsmi müraciət etməyib və bu gün təşkil edilən görüşdə də iştirak edib. “Zoom” platforması üzərindən keçirilən görüş zamanı da istefa ilə bağlı bizə hər hansı bir məlumat bildirilməyib. 

1 il 7 aylıq fəaliyyəti müddətində şura üzvü Etibar Əliyev iclas və müzakirələrdə iştirak etsə də, təhsilin bu və ya digər probleminə dair hər hansı narahatlıq və narazılığı barədə şuraya müraciət etməyib.

Etibar Əliyev  şuranın daxili müzakirələri barədə yalnız öz feysbuk profilində statuslar paylaşıb, İctimai Şuraya istədiyi zaman müraciət etmək imkanının olduğu halda, kommunikasiya aləti kimi, əsasən, sosial şəbəkədən istifadə edib”. 
G. Səfərova əlavə edib ki, İctimai Şura üzvlüyündən istefa Etibar Əliyevin hüququdur: “İnsanların qərarlarına hörmətlə yanaşıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO