Hesablama Palatası Ordubad SES-in tikintisində nöqsanlar aşkar EDİB

Hesablama Palatası Ordubad SES-in tikintisində nöqsanlar aşkar EDİB

Hazırda oxunan: Hesablama Palatası Ordubad SES-in tikintisində nöqsanlar aşkar EDİB

143083

Hesablama Palatası “Ordubad Su Elektrik Stansiyasının (SES) tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditini aparıb-nöqsanlar aşkar olunub.

Bizim.Media Palataya istinadən xəbər verir ki, audit nəticəsində bir sıra nöqsanlar aşkar olunub.

Məlum olub ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.4-cü maddəsinin "sifarişçi dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikintilər üzrə texniki-iqtisadi əsaslandırma və smeta sənədlərinin ekspertizadan keçirilməsini təmin edir" tələblərinə əməl etməyərək, layihə-smeta sənədlərini Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Ekspertiza Baş İdarəsində ekspertizadan keçirməyib.

Məcəllənin 47.4.6-cı maddəsinin "dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikintilər üzrə sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir" tələblərinə əməl edilməyərək, müəllif nəzarəti həyata keçirilməyib.
Azərbaycan dili və terminləri üçün adaptasiya edilmiş cizgilər, geoloji hesabatlar və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən Dağ-Mədən Ayırması Aktı audit qrupuna təqdim edilməyib.

“Yerinə yetirilmiş işlərin qəbulu Aktları” araşdırılarkən 2011-ci ilin oktyabr ayından 2019-cu ilin sentyabr ayınadək cəmi 76 076 000,88 manat dəyərində Forma 2 Aktlarının sifarişçi təşkilat Komitə tərəfindən müvafiq vəzifəli şəxslərin imzası və möhürlə təsdiq edilmədiyi müəyyən olunub. "36,6 MVt gücü olan Ordubad Su Elektrik Stansiyasının tikintisi" obyekti üzrə 2011-2022-ci illərdə "Yerinə yetirilmiş işlərin qəbulu Aktı" ilə rəsmiləşdirilmiş və podratçı təşkilata ödənilmiş işlərin dəyəri müasir qiymətlər ilə tərtib edilib, nəticədə birbaşa xərclərə tətbiq edilən "Plan yığımı" və "Üstəlik xərclər" üzrə podratçı təşkilatın süni şəkildə gəlirinin artırılmasına şərait yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO