Bakıda külək güclənib - Bəzi rayonlarda leysan yağıb

Bakıda külək güclənib - Bəzi rayonlarda leysan yağıb

Hazırda oxunan: Bakıda külək güclənib - Bəzi rayonlarda leysan yağıb

142083

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 18-i saat 20.00-a olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Şəmkir, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Xaçmaz, Şabran, Xaltan, Şahdağ, Mingəçevir, Sabirabad, İmişli, Zərdab, Ağdam, Balakən, Zaqatala, Şəki, Şamaxı, Tərtər, Yevlax, Qax, Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan leysan yağış nəticəsində saat 15:13 radələrində Goranboy rayonunun Böylü qəsəbəsindən sel keçib. Saat 15:10 radələrində Ağdam rayonunun Çəmənli və Sarıcalı kəndləri ərazisinə diametri 30-35 mm olan dolu düşüb.
Qərb küləyi arabir Goranboyda 25 m/s, Gəncədə 24 m/s, Daşkəsəndə 23 m/s, İsmayıllıda 22 m/s, Göyçayda 22 m/s, Şəmkirdə 18 m/s, Sabirabadda 17 m/s, Göygöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO