2010-cu ildə böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovun 200 illik yubileyinin 2012-ci ildə keçirilməsi barədə sərəncam verilib. Sərəncamı rəhbər tutaraq atılan addımlardan biri də Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Axundov haqqında kitabın ərsəyə gətirilməsi oldu. "Axunzadə şəxsiyyəti" adlı kitabın müəllifi tanınmış tənqidçi Nərgiz Cabbarlıdır.xa0
Kitab Axundov şəxsiyyəti ilə bağlı həddindən artıq dəyərli mənbədir.xa0
Moderator.az maraqlı olduğunu nəzərə alaraq kitabdan Axundovla bağlı ilginc faktları təqdim edir.xa0
Nərgiz Cabbarlı yazır: "”¦Axunzadənin dünyaya gəlişi və əsli-nəsli ilə bağlı danışdıqda qarşıya çıxan ilk "niyə?" sualı onun özünü fars kökənli adlandırması ilə bağlıdır və bu məqamda həmin maraqlı nüansa toxunmadan keçə bilmirəm. O nə üçün belə edib? Və nə üçün onun arxivində eyni məsələ ilə bağlı iki fərqli fikir "yaşayır"?! Məsələn, bir yerdə o yazır: "Mənim atam Mirzə Məhəmmədtəqi Hacı Əhməd oğlunun ulu babaları fars qəbilələrindən olmuşdur”¦"
xa0
”¦Başqa bir məktubunda yazıçı yenə də bu məsələ ilə bağlı "söyləyir": "Qoy bütün iranlılar bir həqiqəti başa düşərək bilsinlər ki, bir parsların övladlarıyıq, İran bizim vətənimizdir”¦ Mən özüm zahirən türk olsam da, əslim parslar nəslindəndir. Ulu babam Hacı Əhməd Rəştdən gəlib Azərbaycanda vətən tapmışdır. Atam Mirzə Məhəmmədtəqi və özüm Azərbaycanda doğulub böyümüşük".xa0
xa0
”¦Xamnə qəsəbəsi nə dərəcədə türk əsilli bir yer olsa da orda əslən türklərin yaşadığı bildirilsə də, yazıçının öz qələmindən çıxan faktı diqqətə almamaq doğru deyil. Halbuki yenə də onun özünün əldə etdiyi başqa bir sənəddə (bu sənədin yazıçının İrana rəsmi səfərdə olarkən əldə etdiyi bildirilir. Amma Mirzə Fətəlinin "Xidmət dəftərçəsi"ndə onun İrana 1848-ci ildə rəsmi səfərə getdiyi qeyd edilir. Sənəd isə 1845-ci ildə tərtib edilib) onun babalarının türk tayfasından olduğu söylənilir: "Onun nəsli türk tayfasındandır. Bu nəsil uzun zamanlar Azərbaycanda yaşayıb, ölkənin nəcib adamlarından sayılıb, həmişə xalq arasında əziz tutulmuşlar. Onun atası şəniyüksək Mirzə Məhəmmədtəqi Əhmədağa övladından olub, təxminən 30 il bundan əvvəl Xamnə qəsəbəsinin kətxudası idi".xa0
xa0
”¦Onun kökü ilə bağlı nəvəsi Mahmənzər Qacar da öz xatirələrində maraqlı bir fakta toxunub və nənəsinin dediklərinə əsaslanaraq yazıçının ana tərəfdən babasının qanında zənci qanı olmasını yazıb: "Mənim anam Nisə xanım Qacar Mirzə Fətəli Axundovun qızı idi. O, çox tez-tez məşhur atasını xatırlayır, onun haqqında bir çox əhvalatlar nəql edirdi. Anamın dediyinə görə, bizim şairimizin də rus şairi Puşkin kimi qanında zənci (qara qul) qarışığı varmış; onun anasının ulu babası Nadir şahın zamanında İrandan Nuxa şəhərinə vergi toplamaq üçün göndərilmiş Müzəffər adlı bir zənci imiş.
xa0
Mirzə Fətəlinin kürəkəni Xanbaba xanla qohum olan, daha dəqiq desək, Xanbaba xanın qardaşı nəvəsi, alim Çingiz Qacarın isə əsasən nənəsinin xatirələrinə əsaslanaraq yazdığı "Tiflis, Vorontsovskaya 53, 55" kitabında deyilir: "Mirzə Fətəli Puşkin kimi onun da qanında həbəş qanı olması ilə bağlı zarafat etməyi xoşlayırmış. Həqiqətən də onun anası Nanə xanımın ulu babası həbəşistanlı olub və adı Müzəffər idi".xa0
xa0
Beləliklə, yazılanlar və deyilənlər bir tərəfdən fars, digər tərəfdən isə zənci qarışığına işarə edir".xa0
xa0
Nərgiz Cabbarlı bu kitabda Axundovun mason olması barədə iddialara aydınlıq gətirməyə çalışıb.
xa0
"”¦Axundzadənin həyatının bu dövrü haqda, insanlara təsir etmək üçün pyes yazmaq qərarına gələnə qədər qət etdiyi yol və əl atdığı vasitələr haqda söz düşərkən qeyd edilən bir məsələ də maraq doğurur. Deyilənlərə görə, bu istək pyes yazmaq istəyindən əvvəl yaranmışdı. Mikayıl Rəfili öz kitabında yazır: "Xalqı mübarizəyə qaldırmazdan əvvəl məqsədi aydınlaşdırmaq lazımdır, qüvvəyə malik olmaq, ətrafına həmfikirlərini yığmaq lazımdır. Bu böyük işdə təhsilli azərbaycanlılardan kim ona kömək edə bilərdi? Bakıxanov? İndi o ideya böhranındadır, Məkkəyə getməyə hazırlaşır. Bəlkə, Qutqaşınlıya müraciət etsin? O, Varşavada çox yaşamışdı, rus və fransız dillərində gözəl danışırdı, 1835-ci ildə fransız dilində Şərq novellasını nəşr etdirmişdi”¦ Zabitdir, əsilzadədir, Coğrafiya cəmiyyətinin üzvüdür, ictimai işlərlə maraqlanır”¦ Xasay xan Usmiyevlə danışmaq da pis olmazdı”¦. Yüksək mədəniyyətli adamdır, o da zabitdir, rusların arasında hörməti var”¦ Öz gizli fikirlərini etibar edə biləcək başqa adam yoxdu. Axundov mason cəmiyyəti təşkil etməyi qərara aldı. O, dostları ilə görüşəcək, onlarla mühüm məsələləri müzakirə edəcək, xalq işlərinin həllinə çalışacaqdı".xa0
xa0
İdeya maraqlıdır. Amma Axundzadənin dövlət məmuru ola-ola belə bir fikrə düşməsi şübhə doğurur. Yaddan çıxarmayaq. Bizim qarşımızda az qala "suyu belə üfürə-üfürə içən" tutduğu mövqeyə çox dəyər verən və onunla qətiyyən vidalaşmaq istəməyən, əksinə, daha yüksəklərə qalxmağa çalışan bir Xarakter dayanır. O xarakter sakitcə oturub vəzifəsinin, mövqeyinin, rütbəsinin artırılmasını gözləmir. Məqam düşdükcə bu məqsədlə müəyyən ünvanlara xahiş məktubları yazır, maaşının artırılmasını tələb edir. Hətta yaratdığı əsərlərə görə nəinki zamanında, özündən sonra belə (məsələn əlifba layihələri, "Kəmalüddövlə məktubları" ilə bağlı faktları xatırlaya bilərsiniz) maddi təminatın övladlarına, ailəsinə çatması ilə bağlı şərtlər qoyur. Belə bir insanın hər hansı bir mason təşkilatı quraraq öz karyerasını və mənsəbini zərbə altına qoyması fikri inandırıcı deyil. Çünki istənilən bir təşkilatlanmanının-məqsədi nə olursa-olsun, car-üsul idarəsi tərəfindən "qazılan quyu" kimi şübhəylə qarşılanacağını onların içində çalışan bir məmur kimi O, dəqiq bilirdi. Hətta əlifba layihəsinin hazırlarkən, pyeslərini çap etdirmək istərkən müxtəlif şəxslərə yazdığı məktublarda, müraciətlərdə onun seçdiyi hər kəlmənin, hər sözün ifadəsində necə diqqətli olduğu, qarşı tərəfi inandırmaq üçün necə əsaslı və məntiqli fikirlər seçdiyi, ən əsası isə atdığı addımlarla rus çar idarəsinə heç bir zərər vurmayacağına əmin etdiyi göz qabağındadır.xa0
xa0
M.Rəfili daha sonra öz kitabında yazır: "Bu, qırx altıncı ildə olmuşdu. Usmiyev Tiflisdə idi. Axundov onunla görüşməyi, o layihəsi haqqında danışmağı qərara aldı. Usmiyev dinməzcə dostunun ehtiraslı sözlərinə qulaq asdı. Axundov ona divanə kimi göründü: xalqı maarifləndirmək? Bu çox yaxşı, lakin Axundov çar məmurudur, o özü də çar zabitidir”¦ Düşünmək lazımdır, belə ciddi məsələni dərhal həll etmək olmaz”¦ Amma bu təşkilatın yaranması fikrini daha ağıllı ideya, yazdığı və tamaşaya qoyulacaq əsərlərlə insanların zehninə, dünyagörüşünə təsir etmək ideyası əvəz etdi".
xa0
Beləliklə, Mirzə Fətəli Öz Sözünü insanlara çatdıra biləcəyi vasitəni tapır və öz məşhur altı komediyasını beş il ərzində qələmə alır. Bir-birinin ardınca yaranan bu əsərlər onu nəinki Rusiyada, hətta Avropada da məşhurlaşdırır”¦"
Kitabda Axundovun iki həyat yoldaşı olması ilə bağlı da qeydlər var.
“”¦ Mirzə Fətəli otuz yaşında ailə qurmuşdu. Və bu evlilik hələ davam edərkən Axunzadə ikinci bir qadınla kəbin kəsdirir. Nazlı bəyima adlı bu qız ərə gələndə 28 yaşında olub, Gəncə xanı Cavad xanın nəsilndən olduğu bildirilir. Bir o qədər də yaxın olmasa da, hər halda, o nəslin adını daşıyırdı. Cavad xan Gəncə şəhəri ətrafında gedən döyüşlərdə oğulları ilə birlikdə həlak olduqdan sonra onun ailə üzvləri, qohumları acınacaqlı vəziyyətə düşmüşdülər xa0və vəziyyətdən çıxış yolu kimi Tiflisdə hökumət qulluğunda olan M.F.Axundzadəyə müraciət etməyi qərara alırlar. Mirzə Fətəli həqiqətən də, onlara kömək edir və Cavad xanın ailə üzvləri əkin-biçin üçün torpaq sahəsi, qocalar isə pensiya almağa başlayırlar. Onlar minnətdarlıq nişanəsi kimi yazıçıya Cavad xanın qohumlarından olan Nazlı bəyimlə evlənməyi təklif edirlər. Çingiz Qacarın kitabında bu faktla bağlı deyilir: “Mirzə Fətəli Cavad xanın ailəsinə torpaq almaqda yardımçı, yaşlılara isə təqaüd kəsilməsinə nail olur. Bir müddət sonra Tiflisə dönən qadınlar Mirzə Fətəliyə etdiyi yaxşılıqlar görə təşəkkür edir və onların nəcib nəsilləri ilə qohum olmağı təklif edirlər. Beləcə, o Nazlı Bəyimlə evlənirlər”¦ Ucaboy, arıq bu qadın xüsusi gözəlliyi ilə seçilmirdi. Mirzə Fətəli öz böyük mülkündə ona iki otaq ayırdı. Nazlı bəyim çox nadir hallarda adam arasına çıxırdı. Həmişə tənhalıqdan, əri tərəfindən diqqətsizlikdən şikayətlənirdi”x9d.
xa0
“”¦Nəvəsi Mələksima xanım öz xatirələrində bu faktı söyləyib-söyləməyəcəyi ilə bağlı tərəddüdlər içərisində olduğunu, bununla yazçının şəxsiyyətinə kölgə sala biləcəyindən ehtiyatlandığını yazır, amma yenə də ikinci evliyiyin baş verdiyini qeyd edirdi: “Bizim yazıçımızı bu evliliyə nəyin vadar etdiyini dəqiq söyləyə bilmərəm, özü də nəzərə alsaq ki, o öz arvadı ilə yaxşı keçinmirdi. Həm də təkcə öz şəxsi keyfiyyətlərinə görə yox, himayədarlarının qızı olduğuna görə də hörmət edirdi, onun xatirəsinə isə həmişə ehtiramla yanaşırdı. Çox güman ki, o biri qadından daha sağlam uşaqlarının olmasına ümid edirdi”x9d.
xa0
Nərgiz Cabbarlı yazır: “Mirzə Fətəlinin tədqiqatçıları dəfərlərlə onun nə dərəcədə Avropa meylli bir insan, xarakter olduğu haqda danışıblar. Amma göründüyü kimi, bəzi məsələrdə (bundan sonra iki qızını bir adama ərə verməsi xa0faktına da toxunacağıq) onun əslində nə dərəcədə şərqli kişi olması faktı üzə çıxır. Halbuki qadınların savadlanması, hüquqlarını bilməsi üçün də mübarizə aparan, bu barədə atdığı addımlarla, söylədiyi demokratik fikirlərlə yadda qalan Mirzə Fətəli bir evdə iki qadınla nikahda olmaqla bu hüququ müəyyən dərəcədə özü pozurdu”¦”x9d(simsim.az)

























































































