Bakıda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə tədbiri keçirilib - FOTO 

Bakıda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə tədbiri keçirilib - FOTO 

Hazırda oxunan: Bakıda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə tədbiri keçirilib - FOTO 

134727

Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən mayın 6-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə tədbiri keçirilib. 

ASTA-dan Bizim.Media-ya verilən məlumata görə, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan “100 il – 100 ağac” başlığı altında ağacəkmə aksiyası Bakı Ekspo Mərkəzinin həyətyanı sahəsində baş tutub. 

Ağacəkmə tədbirinin əsas məqsədi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının üzvlərini bir araya toplayaraq, ətraf mühitin qorunmasına və bərpasına hər zaman böyük önəm vermiş Ulu Öndərin 100 illik yubileyini qeyd etmək olmuşdur.

Heydər Əliyev Azərbaycan təbiətinə xüsusi önəm vermiş, onun daim təbii və ilkin toxunulmazlığını qorumağın vacibliyini zəruri hesab etmişdir. Onun ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanda ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqətlə yanaşılıb, paytaxtla yanaşı regionlarda yaşıllaşdırma işlərinə xüsusi əhəmiyyət verilib. 

Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının Sədri Fərid Məmmədov tədbirdə açılış nitqi ilə çıxış edib. Ağacəkmə aksiyasında Caspian Event Organisers”, “Iteca Caspian”, “AzExpoMontage”, “Caspian Freight Services”, “GREENWICH Travel Club” şirkətləri və Bakı Ekspo Mərkəzin nümayəndələri iştirak ediblər. 

Qeyd olunub ki, bu il Ümummilli Liderin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.

Azərbaycanda sərgi sənayesinin əsasının qoyulmasında Ulu Öndərin müstəsna rolu olmuşdur. Belə ki, ölkəmizdə beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Azərbaycanda ilk beynəlxalq sərgi - “Xəzər Neft və Qaz” sərgisinin bünövrəsinin qoyulması və Ümummilli Liderin rəhbərliyi ilə işlənib hazırlanan yeni neft strategiyasının elan olunması eyni vaxta – 1994-cü ilə təsadüf edir. 

Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən təşkil edilən ağacəkmə tədbiri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir daha yad edərək, onun yaşıllıqlara, təbiətin mühafizəsinə olan qayğı ənənəsini davam etdirir.
Bundan əlavə, ağacəkmə tədbirləri ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də insanların ekoloji problemlərə daha həssas yanaşmasına və bununla bağlı birgə fəaliyyətə səsləməyə xidmət edən faydalı fəaliyyət növlərindən ibarətdir. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO