Zəngilanın Cahangirbəyli kəndində 2520 nəfər yaşayacaq - FOTO/VİDEO

Zəngilanın Cahangirbəyli kəndində 2520 nəfər yaşayacaq - FOTO/VİDEO

Hazırda oxunan: Zəngilanın Cahangirbəyli kəndində 2520 nəfər yaşayacaq - FOTO/VİDEO
134368
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi olub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. 

Əvvəlcə kəndin inkişaf planı barədə videoçarx nümayiş olundu. 

Dövlətimizin başçısına kənddə görüləcək işlərlə bağlı məlumat verildi. 

Bildirildi ki, kəndin layihələndirilən ərazisi 179,5 hektardır. Kənd perspektivdə 2520 nəfər əhalinin (573 ailə) yaşaması üçün planlaşdırılıb. Cahangirbəyli kəndində birinci mərhələdə iki, üç, dörd və beş otaqlı olmaqla ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur. 

Qeyd edildi ki, birinci mərhələdə burada 1200 nəfərin məskunlaşdırılması planlaşdırılır.

Cahangirbəylidə fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da nəzərdə tutulur. 

Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və qonaq evi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq. 

Prezident İlham Əliyev Cahangirbəyli kəndinin təməlini qoydu. 

Bizim.Media

 



Zəngilanın Cahangirbəyli kəndində 2520 nəfər yaşayacaq - FOTO/VİDEO - foto 1
Zəngilanın Cahangirbəyli kəndində 2520 nəfər yaşayacaq - FOTO/VİDEO - foto 2
Zəngilanın Cahangirbəyli kəndində 2520 nəfər yaşayacaq - FOTO/VİDEO - foto 3
Zəngilanın Cahangirbəyli kəndində 2520 nəfər yaşayacaq - FOTO/VİDEO - foto 4
Zəngilanın Cahangirbəyli kəndində 2520 nəfər yaşayacaq - FOTO/VİDEO - foto 5

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO