Müdafiə Nazirliyi aprelin 25-nə keçən gecə təmas xəttinin Tərtər-Ağdərə istiqamətində erməni tankına qarşı İsrail istehsalı olan “Spike”x9d raketinin “uğursuz tətbiqinə”x9d dair düşmənin yaydığı məlumata münasibət bildirib.
xa0
Moderator.az-ın xəbərinə görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-a açıqlamasında deyib ki, “Spike”x9d hədəfi 100 faiz dəqiqliklə vuran silahdır və ondan yayınmaq mümkün deyil.
xa0
“Görünür, ermənilər üçün bu silah çox təəccübləndirici olub, axı onlar heç vaxt belə dəqiq silah görməyiblər. “Spike”x9d raketinin zərbəsindən tankın qülləsinin qopub kənara uçmasını onlar “qeyri-dəqiq zərbə”x9d kimi qiymətləndirirlərsə, problem deyil. Ermənilər bizim yüksək dəqiqlikli silahlarımızı hələ bundan sonra izləyəcəklər və hər dəfə təəccüblənəcəklər”x9d, - Vaqif Dərgahlı bildirib.
xa0
Azərbaycan xa0Müdafiə Nazirliyi bildirmişdi ki, aprelin 25-də düşmən Ağdərə istiqamətində tankları döyüş mövqeyinə çıxarıb və mövqelərimizə həmlə etməyə cəhd göstərib. Azərbaycan ordusu cavab atəşi ilə düşmənin bir tankını sıradan çıxarıb, bundan sonra ermənilər mövqelərinə geri çəkiliblər.





































































































