Bu gün saat 22:30 radələrində Gəndab-Yalama yolunun Xaçmazdan keçən hissəsində – Vəlvələçayın yaxınlığında ağır yol qəzası baş verib. "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub.
Bizim.Media xəbər verir ki, nəticədə avtomobillərdə olan 8 nəfər ağır xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub:
Təranə İlqar qızı Məmmədova (1991-ci il təvəllüdlü)
İsmayıl Şahin oğlu İsmayılov
Pərvanə İxtiyar qızı Əlixanova (1988-ci il təvəllüdlü)
Zeynəb İsmayılova (1995-ci il təvəllüdlü)
Saatxan Şahin oğlu İsmayılov (1997-ci il təvəllüdlü)
Araz Əşrəf oğlu İbrahimov (1972-ci il təvəllüdlü)
İlqar Muxtar oğlu İsmayılov (1964-cü il təvəllüdlü)
Əfsanə Cümşüd qızı Məmmədova (2011-ci il təvəllüdlü).
Hazırda xəsarət alan şəxslərə bütün lazımi tibbi və müalicə tədbirləri göstərilir. Alınan son məlumata görə, onlardan 3-nün vəziyyəti ağırdır.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu




































































































