"Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO

"Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO

Hazırda oxunan: "Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO

639082

Türkiyə ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlığa qarşı sosial mediada əsassız iddialar və dezinformasiya xarakterli paylaşımlar yayılır.

Bizim.Media xəbər verir ki, "Haber Global"da yayımlanan süjetdə iki ölkə arasındakı münasibətlərə kölgə salmağa yönələn sosial media paylaşımlarından bəhs olunub.

Süjetdə qeyd edilir ki, "bir millət, iki dövlət" anlayışından narahat olan dairələr sosial mediadan istifadə etməklə Türkiyə-Azərbaycan münasibətlərinə qarşı sistemli dezinformasiya kampaniyası aparırlar.

Bildirilir ki, bəzi hesablar saxta ad və şəkillərdən istifadə edir, müxtəlif əsassız iddialar, dəyişdirilmiş görüntülər və təhqiramiz ifadələr yayırlar.

Süjetdə bu cür paylaşımların xüsusilə BMT Baş Assambleyasında ekrana çıxarılan bir görüntüdən sonra geniş yayıldığı və Azərbaycanın milli kimliyinin, eləcə də Türkiyə ilə qardaşlıq münasibətlərinin hədəf alındığı vurğulanır

Daha ətraflı videosüjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO