“Azad bazarın qurulması üçün “Rəqabət Məcəlləsi”nin qəbulu vacib şərtdir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vahid Əhmədov səsləndirib.
“Bu məsələ yaz sessiyasının işinə daxil edilsə də, Məcəllə hələ də parlamentə daxil olmayıb. Baş nazirdən bu məsələni diqqətdə saxlamağı xahiş edirəm. Eyni zamanda, haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur. Belə vəziyyətdə bazarı tənzimləmək qeyri-mümkündür. Digər tərəfdən, qiymət artımını nə qədər idxalla əlaqələndirsək də, süni qiymət artımları da kifayət qədərdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu məsələyə daha ciddi diqqət ayırmasına ehtiyac var.
Bundan əlavə, görürük ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsində ciddi qanun pozuntuları var.
O nazirliklərdə ki, kifayət qədər korrupsiya halları var, məhkəmə işləri gedir, müvafiq qurumlar həmin nazirliklərin fəaliyyətinə daha ciddi nəzarət etsə, yaxşı olar”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:32 / 17.03.2023
“Haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur” – Vahid Əhmədov
Hazırda oxunan: “Haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur” – Vahid Əhmədov
Hazırda oxunan: “Haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur” – Vahid Əhmədov
126091
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.