BİZİM TƏQVİM: Azərbaycanda dövlət çevrilişinin qarşısı necə alındı?

BİZİM TƏQVİM: Azərbaycanda dövlət çevrilişinin qarşısı necə alındı?

Hazırda oxunan: BİZİM TƏQVİM: Azərbaycanda dövlət çevrilişinin qarşısı necə alındı?

125902

1995-ci ilin bu günündə Azərbaycanda hərbi çevrilişə cəhdin qarşısı alınıb. 1995-ci il martın - 13-də “OMON” qüvvələrinin bir neçə üzvü Qazax və Ağstafa rayonlarında dövlət strukturlarına hücum edərək inzibati binaları ələ keçiriblər.

Martın 14-də isə Tovuz ələ keçirildikdən sonra Gəncəyə hücum başlayıb.

Dövlət çevrilişinə cəhdin təşkilatçıları isə Bakıda qərargah qurmuşdular və xalqdan dəstək almağa çalışırdılar. Lakin, 1995-ci ilin martın 17-sində xalq dövlətin yanında olduğunu nümayiş etdirdi.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri xalqın dəstəyi ilə Bakının Nizami rayonu 8-ci kilometr adlanan ərazisində “OMON” qərargahına hücum edərək dövlət çevrilişinin qarşısını aldı.

Bəs, tarixin bu günüdə daha hansı əlamətdar hadisələr baş verib?

1. 624-cü ilin bu günündə Müsəlmanlar və Qureyşilər arasında Bədr döyüşü baş verib və bu İslam tarixinə Bədr döyüşü kimi düşüb.  

2. 1521-ci ilin bu günündə Filippin adaları kəşf edilib.

3. 17 mart 1861-ci ildə Vahid İtaliya dövlətinin yaradıldığı elan edilib.

4. Belçika, Fransa, Hollandiya, İngiltərə və Lüksemburq arasında 17 mart 1948-ci ildə 50 il müddətinə Brüssel Sazişi imzalanıb və Qərbi Avropa İttifaqının əsası qoyulub.

5. 1950-ci il. “Kalifornium” adlanan radioaktiv kimyəvi element kəşf olunub. Qramı 6.5 milyon dollar olan “Kalifornium” ən bahalı metaldır. Ondan müxtəlif detektorlarda və səhiyyədə geniş istifadə olunur.

6. 17 mart 1954-cü ildə Türkiyə milli futbol komandası ilk dəfə olaraq FİFA Dünya Kubokuna qatılmaq hüququ qazanınb. 

7. 1991-ci ilin 17 mart tarixində SSRİ-nin müqəddaratına dair Ümumxalq Referendumu keçirilib. Referendumun əsas iştirakçıları Rusiya, Belarus və Orta Asiya respublikaları olub. Baltikyanı respublikalar, Qafqazda isə Azərbaycan referendumda iştirak etməkdən imtina edib. Saxta referendum SSRİ-nin dağılmasına güclü təkan verib.

8. 17 mart 1992-ci il tarixdə Azərbaycan Almaniya ilə diplomatik əlaqələr qurub.

9. 2015-ci ililin bu günündə Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə Trans-Anadolu qaz boru kəmərinin (TANAP) təməli qoyulub.

10. Martın 17-si Muay-tay döyüş növü günüdür. Boks idmanının bir növü olan muay-tay Tailandda yaradılıb və bu ölkədə milli bayram kimi qeyd olunur. İdmanın bu növü son illərdə Azərbaycanda da məşhurlaşıb və ölkəmizdə Muay-tay-Tayboks Federasiyası fəaliyyət göstərir.

17 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. XVlll əsr Azərbaycan şifahi xalq ədəbiyyatının ən böyük nümayəndələrindən biri Molla Vəli Vidadi 17 mart 1709-cu ildə anadan olub.

2. 17 mart böyük sənətkar, Azərbaycanın ilk peşəkar rejissor və aktyorlarından biri, Hüseyn Ərəblinskinin xatirə günüdür.  Bütün həyatını Azərbaycanda teatr sənətinin inkişafına həsr edən Ərəblinski 1919-cu il martın 17-də qətlə yetirilib.

3. Bu gün görkəmli Azərbaycan publisisti, milli maarifpərvər, filosof, şair, tərcüməçi və həkim Əli bəy Hüseynzadənin xatirə günüdür. O, Əhmədbəy Ağayevlə birlikdə “Həyat” qəzetinə redaktorluq edib, sonra “Füyuzat” jurnalının redaktoru olub. Ə.Hüseynzadə 1910-cu ildə Türkiyəyə köçüb, ömrünün sonuna qədər mühacirətdə yaşayıb, burada pedaqoji, elmi, ictimai-siyasi fəaliyyətini davam etdirib, İstanbul Darülfünunun professoru dərəcəsinə qədər yüksəlib. Əli bəy Hüseynzadə 1940-cı il martın 17-də İstanbulda vəfat edib.

4. Nasir, şair, tərcüməçi, Ədəbi təxəllüsü otuzuncu illərdə "Mim-Re", "M.R.", "R. Mikayıl", sonralar "M. Rzaquluzadə" olan Mikayıl Rzaquluzadə 17 mart 1905-ci ildə doğulub.

5. Azərbaycanlı yazıçı-nasir, bir çox filmlərin ssenari müəllifi Fərman Kərimzadə 1989-cu ilin bu günündə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO