"Tərtər işi”nə görə tutulan şairin məhkəməsi BAŞLAYIR

Hazırda oxunan: "Tərtər işi”nə görə tutulan şairin məhkəməsi BAŞLAYIR
122120
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Tərtər işi” ilə bağlı həbs olunmuş ədliyyə mayoru Rahib Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

"Tərtər işi”nə görə ittiham olunanların işi Bakı Hərbi Məhkəməsində araşdırılacaq.

Qeyd edək ki, Rahib Məmmədov həbs olunana qədər ədliyyə mayoru rütbəsində hərbi hüquqşünas kimi xidmət edib. O, həmçinin Rahib Bəşər imzası ilə tanınan şairdir.

Onun "Həyat eşqi", "Sevgi Dünyam", "Zirvəyə doğru" adlı kitabları nəşr olunub. Bundan başqa "Sarıqamışdan gələn məktub", "Qisas", "Türkmənçay" romanlarının müəllifidir. Rahib Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Azərbaycan Bayrağı” mükafatları laureatıdır.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib.

İstintaq zamanı iş üzrə cinayət əməlində şübhəli bilinən Məmmədov Rahib Ramazan oğlu həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO