Bu şəxslər YAP-ın Səbail rayon ərazi təşkilatında vəzifəyə gətirildi – ADLAR

Bu şəxslər YAP-ın Səbail rayon ərazi təşkilatında vəzifəyə gətirildi – ADLAR

Hazırda oxunan: Bu şəxslər YAP-ın Səbail rayon ərazi təşkilatında vəzifəyə gətirildi – ADLAR

117706

Yeni Azərbaycan Partiyası Səbail rayon “Mehdi Hüseyn küçəsi 1”  ərazi partiya təşkilatında iclas keçirilib. İclasda YAP Səbail rayon təşkilatının sədri Muxtar  Nağıyev, sədr müavini Nicat Hüseynov, ərazi partiya təşkilatının üzvləri iştirak edib.

Bizim.Media xəbər verir ki, çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ölkədə aparılan düzgün siyasət, 30 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, həyata keçirilən uğurlu islahatlar haqqında çıxış edib. 

M.Nağıyev əsası Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin sədrliyi ilə daha da irəliləyən Yeni Azərbaycan Partiyasının hər bir üzvünü fəal olmağa çağırıb.

Daha sonra “Mehdi Hüseyn küçəsi 1” ünvanında Yeni Azərbaycan Partiyası Səbail rayon ərazi partiya təşkilatının fəallarının təklifi ilə sədr və sədr müavini müəyyənləşib.

Yekdilliklə Röya Bənənyarlı ərazi partiya təşkilatının sədri, Ruslan Həsənov sədr müavini seçilib. M.Nağıyev yeni seçilmiş  sədri və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb.

Röya Bənənyarlı ona göstərilən inam və etimada görə təşəkkürünü bildirib, partiyanın inkişafı üçün əlindən əsirgəməyəcəyini qeyd edib.

Qeyd edək ki, Ruslan Həsənov uzun illərdir “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətiində (QSC) aparıcı kimi çalışır.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO