Orxan Əsgərovun övladları ataları ilə VİDALAŞIR - FOTOLAR

Orxan Əsgərovun övladları ataları ilə VİDALAŞIR - FOTOLAR

Hazırda oxunan: Orxan Əsgərovun övladları ataları ilə VİDALAŞIR - FOTOLAR

117408

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunda şəhid olan Orxan Əsgərov  bu gün II Şəhidlər Xiyabanında dəfn olunub. O, Azərbaycanın dövlət himninin sədaları altında torpağa tapşırılıb. 

Bizim.Media xatırladır ki, şəhid baş leytenant Orxan Əsgərovun iki övladı (bir oğlu və bir qızı) yadigar qalıb.

Sosial şəbəkələrdə onların fotosu yayılıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.


















Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO