Rəsmilər şəhid Orxan Əsgərovla VİDA MƏRASİMİNDƏ - VİDEO

Rəsmilər şəhid Orxan Əsgərovla VİDA MƏRASİMİNDƏ - VİDEO

Hazırda oxunan: Rəsmilər şəhid Orxan Əsgərovla VİDA MƏRASİMİNDƏ - VİDEO

117367

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla yaşadığı binanın həyətində vida mərasimi davam edir.

Bizim.Media xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Xarici İşlər Nazirliyinin nümayəndələri, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər rəsmi şəxslər iştirak edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid Orxan Əsgərov bu gün II Şəhidlər xiyabanında DƏFN OLUNACAQ - FOTO


Ərazidə güclü təhlükəsizlik tədbirləri görülüb. Qeyd edək ki, Orxan Əsgərov II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib. Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib.
 


Alçina Amilqızı, Əfqan Pənahoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO