Seymur Talıbov və Röya Ayxanın ali təhsil qalmaqalı: BDU-dan gözlənilməz CAVAB  - FOTO

Seymur Talıbov və Röya Ayxanın ali təhsil qalmaqalı: BDU-dan gözlənilməz CAVAB  - FOTO

Hazırda oxunan: Seymur Talıbov və Röya Ayxanın ali təhsil qalmaqalı: BDU-dan gözlənilməz CAVAB  - FOTO

116774

Dövlət İmtahan Mərkəzi Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun və müğənni Röya Ayxanın qeyri-qanuni universitetə qəbul olunmaları ilə bağlı yayılan məsələlərə münasibət bildirib.

Bizim.Media-nın oxu.az-a istinadən məlumatına görə, qurumun mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, qəbul qaydalarına əsasən, tam (11 illik) orta təhsili başa vurmaq haqqında dövlət nümunəli sənəd (attestat) almış şəxslər ali təhsil müəssisələrinə qəbul olmaq hüququna malikdirlər:

“Attestat alan və 15 yaşı olan şəxslərin qəbul imtahanlarında iştirakı qaydalara zidd deyil. Hər il qəbul kampaniyasında belə abituriyentlərə rast gəlmək mümkündür. Talıbov Seymur Vasif oğlu da müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında iştirak edib, ödənişli əsaslarla Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub. Qeyd edim ki, həmin il keçid balı 419 bal olub”.


Qurumdan Röya Ayxan ilə bağlı məsələ cavablandırılmayıb. Bildirilib ki, R.Ayxan 2004-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub.

Həmçinin Bakı Dövlət Universiteti Röya Ayxanın qeyri-qanuni şəkildə ali təhsil ocağına qəbul olunması ilə bağlı yayılan məsələyə münasibət bildirib.


BDU-dan bildirilib ki, universitetin məzunları arasında Röyalə Nəcəfova adlı məzun yoxdur. Universitetdən qeyd edilib ki, R.Nəcəfova BDU-ya əlavə təhsil üzrə qəbul olunub, lakin sonradan təhsil müəssisəsindən xaric edilib.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışan Seymur Talıbov işdən çıxarılıb.

Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO