Əli Həsənovun işğal etdiyi “Azərbaycan Nəşriyyatı''ndakı son durum - Fotosessiya

Hazırda oxunan: Əli Həsənovun işğal etdiyi “Azərbaycan Nəşriyyatı''ndakı son durum - Fotosessiya

11627

Azərbaycan torpaqları işğaldan azad olundu, amma “Azərbaycan Nəşriyyatı”ndakı qəsbkarlığa son qoyulmayıb. 

Bizim.Media xəbər verir ki, PA-nın sabiq şöbə müdiri Əli Həsənov 2006-2007-ci illərdə “Azərbaycan Nəşriyyatı”nın ərazisini zəbt edərək özünə bina tikdirib.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənov dindirildi - Vüqar Səfərlinin işi böyüyür - FOTO


Beynəlxalq Mətbuat Mərkəzinin yerləşdiyi bina nəşriyyatın ərazisində yerləşir. 

Məlumata görə, Əli Həsənov Prezident Administrasiyasının şöbə müdiri vəzifəsində çalışan zaman “Azərbaycan Nəşriyyatı”nın baş direktoru Ağabəy Əsgərovdan həmin ərazini istəyib və sözügedən yerdə bir neçə bina inşa etdirib.

Onlardan biri Beynəlxalq Mətbuat Mərkəzi adlanan binadır.

“Azərbaycan Nəşriyyatı”nın baş direktoru Ağabəy Əsgərov da Əli Həsənovun ərazinin bir hissəsini zəbt etdiyini təsdiqləyib. Belə informasiyalara daha çox ötən ilin sentyabrında rast gəlinirdi. 

2019-cu ildə yayılan məlumatlarda isə “Azərbaycan Nəşriyyatı”nın özəlləşdiriləcəyi barədə xəbərlər yayılırdı.

Belə ki, binanın tamam başqa müəssisəyə veriləcəyi haqqında söz-söhbətlər gəzirdi. Əslində kifayət qədər köhnə siması ilə seçilən Nəşriyyatın bərpasının, hətta tamamilə başqa müəssisəyə çevrilməsinin tərəfdarı olanlar da az deyil. Çünki bina sözün hər mənasında köhnəlib. 

Bunu 2019-cu ilin sonunda nəşriyyatın direktor müavini Bəsti İsmayılova da təsdiqləyib. Direktor müavini bildirib ki, Nəşriyyatın fəaliyyəti ilə bağlı heç bir yenilik yoxdur.

Yeni texnologiya, yeni avadanlıq və s. alınarsa, hansısa yenilikdən danışmaq olar. 

Həmin ildə binanın köhnə olması ilə bağlı nəşriyyatın baş mühəndisi Ləbib Ləbibov deyib ki, “Azərbaycan” Nəşriyyatının hazırkı inzibati binası hələ 1969-cu ildə Ulu Öndərimiz Heydər Əliyevin ölkədə başlatdığı böyük quruculuq və inkişaf dövründə tikilib, istismara verilib. Sovet vaxtında tikilən bu bina Avropa standartlarına uyğun yeni tikililər ilə müqayisə edilə bilməz”.

Bəli, razıyıq. Amma Bakının əksər yerlərindəki binaların çoxu sovet vaxtında tikilib. Bu siyahıya yaşayış evləri də daxildir.

Düşünmürəm ki, kiminsə evinin döşəməsi nəşriyyatdakı vəziyyətdə ola, inanmıram ki, hətta ən köhnə “Xruşovka”, “Kiyevski”, hətta “Nemetski” proyekt tikililərin pilləkənləri kitab, qəzet çap edən binadakı qədər yaman gündədir. 

Səbəb odur ki, insanlar yaşadığı yerin təmizliyinə, mənzil və binaların təmirinə diqqət yetirirlər.

Axı orada yaşayırlar. 1 ildən çox işlədiyi yer də insanın evinə çevrilir. Lakin görünür, “Azərbaycan Nəşriyyatı” unudulmuş mövzudur, ya da bu binanı gözdən salıb, ucuzlaşdırıb kimlərinsə özəlləşdirmək fikri var.

Binanın daxilini görsəniz, nəşriyyata çöldən baxanda insanı qorxudan uçuq-tökük mənzərəyə şükür edərsiniz.

Həmin fotoları təqdim edirik. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO