BİZİM TƏQVİM: Bu gün Azərbaycan Prezidentinin doğum günüdür

BİZİM TƏQVİM: Bu gün Azərbaycan Prezidentinin doğum günüdür

Hazırda oxunan: BİZİM TƏQVİM: Bu gün Azərbaycan Prezidentinin doğum günüdür

111303

Bu gün Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1977-ci ildə Mosqva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub.

Oranı bitirdikdən sonra təhsilini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.

Uzun illər MDBMİ-da müəllim işləyib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək ARDN- ın vitse-prezidenti, birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Eyni zamanda elmi-tədqiqat işlərini davam etdirib. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Milli Məclisin deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.  2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlaylb. 2008-ci ildə yenidən prezident seçilib. 2013-cü ildə üçüncü müddətə prezident seçilib. 2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilib və hazırda prezident vəzifəsini icra edir.

Bəs 24 dekabrda daha hansı əlamətdar hadisələr baş verib?

1. ABŞ vətəndaş müharibəsindən sonra köləlik tərəfdarı olan Konfederasiya ordusunun zabitləri Tennesi (Tennessee) ştatının Pulaski şəhərində 1865-ci ilin 24 dekabrında "Ku Klusk Klan" (Ku Klux Klan) adlı gizli irçi bir klub qurdular. Bu terror təşkilatının üzvləri zənciləri qorxudaraq ağların ölkənin cənubunda üstünlüyünü əldə saxlamağa çalışırdılar. Çox qısa müddətdə "Ku Klusk Klan" Amerika Birləşmiş Ştatlarındakı irqçilərin mərkəzi oldu. 

2. 24 dekabr Liviya xalqının milli bayramıdır.

3. Qıbrızdakı (Şimali Kipr) silahlı rumlar "Qanlı Milad" adı altında hücumlar təşkil edərək 1963-cü ilin 12 dekabrında Lefkoşada minbaşı (mayor) Nihat İlhanın ailəsini də hədəfə aldılar: İlhanın həyat yoldaşı Mürüvet İlhan və uşaqları Murad, Kutsi və Xaqan rum terrorçuları tərəfindən evlərində öldürüldü.

4. 1964-cü il 24 dekabrda Hindistan və Sri-Lankanı təsiri altına alan qasırğa 7 min adamın həyatına bais oldu.  

5. 1976-cı ilin 24 dekabrında baş verən zəlzələ Türkiyənin Van rayonunun Çaldıran qəsəbəsini sarsıtdı. Ətraf kənd və qəsəbələrərə də təsir edən zəlzələdə 3840 nəfər həyatını itirdi.

6. 24 dekabr 1979-cu ildə keçmiş Sovet ordusu Əfqanıstanı işğal etdi. Yeli mücahidlərin 10 il davam edəcək müqaviməti və SSRİ-nin dağılma prosesi nəticəsində sovet əsgərləri 1989-cu ildə Əfqanıstandan geri çəkilmək məcburiyyətində qaldılar. 

24 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. Avropadan yola çıxıb Hindistana birbaşa yollanan ilk kəşfiyyatçı, portuqaliyalı Vaska de Qama (Vasco da Gama) 1524-cü ilin bu günü elə Hindistanda həyatını itirib.

2.  Türkiyənin görkəmli şairi Tofiq Fikrət (Tevfik Fikret) 1867-ci il 24 dekabrda İstanbulda anadan olub. 

3. 21 yaşında (1888) Qalatasaray litseyini bitirən gənc şair bir müddət Xarici İşlər Nazirliyində, 27 yaşından 48 yaşınadək isə (1894-1915) türk dili və ədəbiyyatı müəllimi olaraq çalışıb.  

4. Türkiyə şeirinə məzmun və formaca yenilik, qərblilik gətirən Tofiq Fikrətin əsərlərində zülm, istibdad və fanatizm qətiyyətlə pislənilir. Öz dövründə şeirləri rəsmən qadağan olunsa da, gənclər və hərbçilər arasında əldən-ələ keçərək əzbərlənib yayılırdı.

5. Tofiq Fikrətin əsərləri Azərbaycan şairlərindən Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət və başqalarının yaradıcılığına da güclü təsir göstərib. (1867-1915)

6. Bu gün 41 yaşında dünyadan köçmüş, tanınmış Azərbaycan memarı Sadıq Dadaşovun xatirə günüdür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO