Azərbaycanın Səhiyyə Nazirliyi Türkiyəyə əlavə 18 tibb işçisi göndərdi

Azərbaycanın Səhiyyə Nazirliyi Türkiyəyə əlavə 18 tibb işçisi göndərdi

Hazırda oxunan: Azərbaycanın Səhiyyə Nazirliyi Türkiyəyə əlavə 18 tibb işçisi göndərdi

597248
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən qardaş Türkiyəyə humanitar yardım göndərilib.
 
Moderator.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin baş direktorunun müavini Rafiq Qudayev deyib.
 
"Humanitar yardım paketinə dərman prepaparatları, sarğı materialları tibbi avadanlıqlar və ilk tibbi yardım üçün tələb olunan vasitələr daxildir. Bizim tərəfimizdən 18 tibb işçisi, Fövqaladə Hallar Nazirliyi tərəfindən isə 2-cı səyyar hospital göndərilib.
 
Türkiyədə baş vermiş zəlzələ hər birimizi sarsıltdı. Bu çətin anlarda türk xalqı ilə birlikdəyik. Türk qardaşlarımıza səbr diləyirəm",- deyə R.Qudayev əlavə edib.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO