IV Bakı Təhlükəsizlik Forumu keçirilib – FOTO
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusunda IV Bakı Təhlükəsizlik Forumu (BTF) keçirilib.
Bu barədə Bizim.Media-ya DTX-dən məlumat verilib.
Bildirilib ki, tədbir açıq elan edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilib.
İclasda çıxış edən DTX-nin rəisi general-...