İlon Mask Si Cinpini dahi lider adlandırdı

İlon Mask Si Cinpini dahi lider adlandırdı

Hazırda oxunan: İlon Mask Si Cinpini dahi lider adlandırdı
638344
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin Xalq Respublikasının Sədri Si Cinpin Çinin inkişafında heyranedici uğurlar qazanmış dahi bir lider təəssüratı yaradır.

Bizim.Media xəbər verir ki, bu barədə "Tesla" şirkətinin rəhbəri İlon Mask Çin Mərkəzi Televiziyasına (CCTV) verdiyi eksklüziv müsahibədə bildirib.
 

"O (Si Cinpin), böyük bir lider təəssüratı bağışlayır. Onun hakimiyyəti dövründə Çin inanılmaz dərəcədə çiçəklənib və mən buna şəxsən şahid olmuşam", – deyə İlon Mask vurğulayıb.


İş adamının sözlərinə görə, Çinə hər il səfər edərkən miqyaslı dəyişiklikləri – yeni binaları və qabaqcıl infrastrukturu gözlə görmək mümkündür. Küçələrdə gəzərkən sıravi Çin vətəndaşlarının rifahının nə qədər əhəmiyyətli dərəcədə yüksəldiyini asanlıqla hiss etmək olar.

"O, müstəsna bacarıqlara və heyranedici nailiyyətlərə sahibdir", – deyə "Tesla" rəhbəri əlavə edib.

Qeyd edək ki, bu bəyanat Çin Xalq Respublikasının Sədri Si Cinpinin 23-25 sentyabr tarixlərində ABŞ-yə reallaşdıracağı rəsmi dövlət səfəri fonunda səslənib. Çin XİN-in məlumatına görə, Si Cinpin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona yola düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO