Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO
Sentyabrın 29-da Müqəddəs Taxt-Tacda “Səmavi dinlər” layihəsi çərçivəsində iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunmuş Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.
Açılış məramisində çıxış edən Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini mədəniyyətin və yaddaşın sülhün əsas sütunları olduğunu bildirərək deyib:
"Sərgi müxtəlif dinlər, xalqlar, mədəniyyətlər, dillər və ənənələr arasında dialoq üçün imkan yaratmaq məqsədi daşıyır. Bu, həm də xalçaçılıq sənətinin köklərinin ölkənin ənənəl...