Prezident Aleksandr Oşpelt ilə görüşdü - FOTO
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb.
Bizim.Media xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə, o cümlədən qış idman növü üzrə yarışlara uğurla ev sahibliyi etdiyi xatırlanaraq, bu xüsusda Bakıda keçirilən Formula 1 yarışlarının da yüksək səviyyədə təşkil olunduğu vurğulandı.
Azərbaycanda müasir qış-xizək infrastrukturunun yaradıldığı qeyd edildi, Beynəlxalq Xizək və Snoubord Federasiyasının xətti ilə “Şahdağ” Turizm Mərkəzində bir sıra nüfuzlu yarışların keçiriləcəyi vurğulandı.
Ötən il Azərbaycanın Dö...