Bakıda ŞOK hadisə - Valideynlərinin davasını görən yeniyetmə qız “Domestos” içdi

Bakıda ŞOK hadisə - Valideynlərinin davasını görən yeniyetmə qız “Domestos” içdi

Hazırda oxunan: Bakıda ŞOK hadisə - Valideynlərinin davasını görən yeniyetmə qız “Domestos” içdi
638878
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda valideynlərinin dalaşdığını görən yeniyetmə qız kimyəvi maddə içib.

Bizim.Media Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki mənzillərdən birində baş verib.

1968-ci il təvəllüdlü Mahir Əsədov (ad və soyad şərtidir) içkili vəziyyətdə evə gəlib. O, evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisə davaya çevrilib, nəticədə kişi həyat yoldaşına yumruq zərbələri endirməyə başlayıb. Bu an ailənin yeniyetmə qızı valideynlərini ayırmağa çalışsa da, mümkün olmayıb.
 

Əsəbiləşən qız mətbəxə keçərək orada kimyəvi maddə olan "Domestos" məhlulu içərək özünü zəhərləyib. Hadisədən xəbər tutan ana dərhal təcili tibbi yardım briqadasının köməyi ilə qızını xəstəxanaya çatdırıb. Həkimlərin səyi nəticəsində yeniyetmə qızı həyata qaytarmaq mümkün olub.


Hadisə yerinə polis əməkdaşları gəlib və Mahir Əsədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Əsədova bir il azadlığın məhdudlaşdırılması cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO