Orta Dəhliz üzrə yükdaşınmalarının həcmi 8 ayda 58% artıb

Orta Dəhliz üzrə yükdaşınmalarının həcmi 8 ayda 58% artıb

Hazırda oxunan: Orta Dəhliz üzrə yükdaşınmalarının həcmi 8 ayda 58% artıb

638827

2026-cı ilin 8 ayı ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə təxminən 44 min TEU yük daşınıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 58 faiz çoxdur.
 
Bizim.Media xəbər verir ki, Qazaxıstanın milli şirkəti “Qazaxıstan Dəmir Yolları”nın (KTZ) mətbuat xidmətinin məlumatına görə, bunu KTZ İdarə Heyəti sədrinin müavini Yerlan Koyşibayev şənbə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində deyib.
 

Mərkəzi Asiya, Qafqaz və Avropa bazarları arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsində TBNM-nin roluna həsr olunmuş regional bağlantı və əməkdaşlığın inkişafı mövzusunda panel müzakirəsi zamanı Koyşibayev marşrutun əhəmiyyətindən danışıb.


 Koyşibayev TBNM üzrə müsbət dinamikanın davam etdiyini qeyd edib.
 
“Bu gün TBNM sadəcə marşrut deyil, bir neçə ölkənin dəmir yolu, liman və dəniz infrastrukturunu birləşdirən formalaşmaqda olan multimodal nəqliyyat sistemidir. Daşımaların həcminin artması Orta Dəhlizə tələbatın olduğunu və onun əsas elementlərinin gələcəkdə əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsinin zəruriliyini təsdiqləyir”, - deyə Koyşibayev bildirib.
 
Çıxış çərçivəsində TBNM-nin səmərəliliyinin artırılması məqsədilə KTZ-nin tərəfdaşları ilə birgə həyata keçirdiyi tədbirlərə xüsusi diqqət yetirilib. Bu tədbirlərə dəmir yolu və terminal infrastrukturunun inkişafı, hərəkət heyətinin parkının yenilənməsi və genişləndirilməsi, liman imkanlarının artırılması, eləcə də marşrutun dəniz seqmentinin səmərəliliyinin yüksəldilməsi daxildir.
 

Multimodal daşımaların təşkilinin təkmilləşdirilməsinə, o cümlədən sabit tariflərin tətbiqinə, proseslərin rəqəmsallaşdırılmasına və marşrutun ayrı-ayrı seqmentlərinin əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilib.


 Qeyd olunub ki, buna mühüm nümunələrdən biri Qazaxıstan, Azərbaycan, Gürcüstan və Çinin dəmir yolu şirkətlərinin iştirakı ilə “Middle Corridor Multimodal Ltd.” şirkətinin yaradılmasıdır. Bu, razılaşdırılmış cədvəl və müştəri qarşısında vahid məsuliyyət də daxil olmaqla, vahid əməliyyat yanaşmasının formalaşdırılmasına imkan verib.
 
Forum çərçivəsində beynəlxalq biznes və maliyyə ictimaiyyətinin nümayəndələri ilə nəqliyyat bağlantısının inkişafı və tranzit marşrutlarının səmərəliliyinin artırılması məsələləri üzrə fikir mübadiləsi də aparılıb. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO