İraq ABŞ-dən İran aviaşirkətləri üçün sanksiya istisnası istəyir

İraq ABŞ-dən İran aviaşirkətləri üçün sanksiya istisnası istəyir

Hazırda oxunan: İraq ABŞ-dən İran aviaşirkətləri üçün sanksiya istisnası istəyir

638856

İraq hökuməti İran aviaşirkətlərinin uçuşlarını hədəf alan ABŞ Maliyyə Nazirliyinin sanksiyalarından ölkədəki müəyyən hava limanları üçün istisnaların əldə edilməsi məqsədilə Vaşinqtonla birbaşa danışıqlar aparır.

Bizim.Media “Azad İran” Teleqaram kanalına istinadən xəbər verir ki, İraqın baş nazirinin ofisi bildirib ki, müzakirələrin əsas məqsədi humanitar səbəblərlə İranla hava əlaqəsinin bərpasını asanlaşdırmaqdır.

Bağdad konkret hava limanları üçün istisna tələb edərkən tibbi müalicə, təhsil, dini səfərlər və mülki şəxslərin maraqlarını əsas gətirib.

İraq hökuməti regional gərginliyin azaldılması istiqamətində səylərini də vurğulayıb. Açıqlamada uzunmüddətli böhranların vəziyyəti daha da çətinləşdirəcəyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO