Polis yoxlamasında maraqlı hadisə - Sürücü avtomobilini qoyub qaçdı - VİDEO

Polis yoxlamasında maraqlı hadisə - Sürücü avtomobilini qoyub qaçdı - VİDEO

Hazırda oxunan: Polis yoxlamasında maraqlı hadisə - Sürücü avtomobilini qoyub qaçdı - VİDEO

638839

Türkiyənin Eskişehir şəhərinin Tepebaşı rayonunda keçirilən yol hərəkəti yoxlaması zamanı maraqlı hadisə baş verib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.
 

Polis əməkdaşları ərazidə avtomobilləri saxlayaraq sürücülərin sənədlərini yoxlayıb və alkoqol testi keçiriblər. Yol hərəkəti qaydalarını pozduğu müəyyən edilən sürücülər və avtomobillərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.


Yoxlama zamanı bir sürücünün hərəkəti isə polis əməkdaşlarını təəccübləndirib. Sürücü yoxlama zamanı qəfil avtomobilindən düşərək maşını küçədə qoyub və hadisə yerindən qaçıb.

Onun hansı səbəbdən qaçdığı hələlik məlum deyil. Polis sürücünün müəyyən edilərək saxlanılması üçün araşdırma başladıb. Hadisə yerində qalan avtomobil isə evakuator vasitəsilə ərazidən götürülüb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO