Türkiyədə xərçəng müalicəsi üçün “ağıllı” dərman sistemi hazırlanacaq

Türkiyədə xərçəng müalicəsi üçün “ağıllı” dərman sistemi hazırlanacaq

Hazırda oxunan: Türkiyədə xərçəng müalicəsi üçün “ağıllı” dərman sistemi hazırlanacaq
638840
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Tokat Qaziosmanpaşa Universitetində (TOGÜ) xərçəng müalicəsində istifadə olunan dərmanların birbaşa xərçəng hüceyrələrinə daha effektiv çatdırılmasını təmin edəcək yeni nanodaşıyıcı sistem hazırlanacaq.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihəyə Universitetin Ədəbiyyat və Təbiət Elmləri fakültəsinin müəllimi, dosent Dr. Nazan Gökşən Tosun rəhbərlik edir.

Layihə Türkiyə Sağlamlıq İnstitutları tərəfindən həyata keçirilən dəstək proqramları çərçivəsində qəbul edilib.

Layihə çərçivəsində antixərçəng dərmanlarını xərçəng hüceyrələrinə daha effektiv çatdıracaq nanodaşıyıcıların hazırlanması nəzərdə tutulur.

Hazırlanacaq sistemin əsas xüsusiyyəti dərmanı hüceyrənin daxilindəki uyğun şəraitə reaksiya verərək nəzarətli şəkildə sərbəst buraxması olacaq.

Layihə barədə məlumat verən dosent Dr. Nazan Gökşən Tosun bildirib ki, məqsəd hədəfli xərçəng müalicəsinə töhfə verə biləcək ağıllı nano-dərman daşıyıcı sistemlər hazırlamaqdır.

Onun sözlərinə görə, tədqiqat zamanı hazırlanacaq nanodaşıyıcıların həm xərçəng, həm də sağlam hüceyrələrə təsiri laboratoriya şəraitində müqayisə ediləcək.

Alimlər əldə olunacaq nəticələrin mövcud xərçəng müalicəsi üsullarının inkişafına elmi töhfə verəcəyini gözləyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO