Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı görülən işlər açıqlanıb

Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı görülən işlər açıqlanıb

Hazırda oxunan: Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı görülən işlər açıqlanıb
638836
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarabağ və Şərqi Zəngəzurda 12 şəhər və 11 qəsəbənin inkişafı kompleks şəkildə planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, Azərbaycan üçün məqsədimiz dayanıqlılıq və investisiya cəlbediciliyinin paralel şəkildə inkişaf etməsininin təminidir:

"Bu yanaşma yalnız Bakı ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması Azərbaycanın ərazi-məkan inkişafında yeni bir mərhələni təmsil edir. Biz sadəcə infrastrukturu və yaşayış məntəqələrini bərpa etmirik, həm də müasir nəqliyyat əlaqələri, sosial infrastruktur və bərpa olunan enerji potensialı ilə dəstəklənən yeni şəhər və iqtisadi mərkəzlər yaradırıq".

A.Quliyev vurğulayıb ki, bu transformasiyanın miqyası böyükdür:

"Azad edilmiş ərazilər üçün inteqrasiya olunmuş planlaşdırma çərçivəsi təxminən 13 min 600 kvadratkilometr ərazini, o cümlədən 12 şəhər, 11 qəsəbə və 900-ə yaxın kəndi əhatə edir. Burada proqnozlaşdırılan əhali sayı təxminən 1,1 milyon nəfərdir. Lakin bu dəyişikliyin əhəmiyyəti yalnız onun miqyası ilə məhdudlaşmır, tətbiq etdiyimiz kompleks yanaşmada özünü göstərir. Şəhərsalma nəqliyyat əlaqələri, iqtisadi fəaliyyət, ətraf mühitin idarə olunması, enerji sistemləri, sosial infrastruktur və demoqrafik inkişafla birlikdə planlaşdırılır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO