Astarada müğənnini söyən kişi saxlanılıb.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən “7 Gözəl” şadlıq evində baş verib.
32 yaşlı Vüsal Xudaverdiyevin (şərti adla) sözlərinə görə, oğlunun kiçik toy məclisində müğənniyə mahnı sifariş verib. Lakin müğənni həmin mahnının sözlərini bilmədiyini deyib. Buna görə də o, əsəbiləşərək xanım müğənnini təhqir edib.
Müğənni də faktla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında V. Xudaverdiyev polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində müvafiq protokol tərtib olunub.
V. Xudaverdiyev ifadəsində zərərçəkəndən üzr istədiyini və əməlindən peşman olduğunu bildirib. Məhkəmə onun barəsində 50 manat məbləğində inzibati cərimə cəzası təyin edib.
Bizim.Media





























































































