Şahmar Mövsümov: “Azərbaycanda data mərkəzlərinin yaradılması üçün mühüm enerji üstünlüyü var”

Şahmar Mövsümov: “Azərbaycanda data mərkəzlərinin yaradılması üçün mühüm enerji üstünlüyü var”

Hazırda oxunan: Şahmar Mövsümov: “Azərbaycanda data mərkəzlərinin yaradılması üçün mühüm enerji üstünlüyü var”

638848

Azərbaycanda data mərkəzlərinin yaradılması və bu istiqamətdə investisiyaların cəlb edilməsi üçün mühüm enerji üstünlükləri mövcuddur.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Şahmar Mövsümov qeyd edib ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 30 trilyon ABŞ dollarından çox aktivləri idarə edən investorlar iştirak edir.
 

“Təbii ki, onlar Azərbaycanda bütün mümkün investisiya variantlarını nəzərdən keçirirlər. Çox ümid edirik ki, belə forumun nəticəsində real investisiya layihələri ortaya çıxacaq. Forum çərçivəsində artıq investisiyalarla bağlı sənədlər imzalanıb, eyni zamanda daha böyük layihələr üçün müəyyən zəmin yaradılıb”, – Şahmar Mövsümov bildirib.


Data mərkəzlərinin böyük həcmdə elektrik enerjisi tələb etməsinə münasibət bildirən Şahmar Mövsümov Azərbaycanın bu baxımdan üstün mövqeyə malik olduğunu vurğulayıb.

“Azərbaycanın üstünlüyü də məhz bundadır. Bizim böyük həcmdə əlçatan, ucuz və gələcəkdə potensial olaraq yaşıl elektrik enerjimiz var”, – Şahmar Mövsümov qeyd edib.

Şahmar Mövsümov əlavə edib ki, Azərbaycanın elektrik enerjisi sahəsində potensialı böyükdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO