Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlandı – RƏSMİ
Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb.
Bu barədə Bizim.Media-ya Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, 7-25 iyun tarixlərində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutan imtahanlarda ümumilikdə 22 mindən çox müəllim iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib.
Sertifikatlaşdırma prosesinə Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif...