Məşhur Hollivud aktyoru Tom Kruz və aktrisa Keti Holmsun qızı Suri atasının soyadından rəsmən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə Daily Mail və Page Six məlumat yayıb.
Məlumata görə, hazırda 20 yaşı olan Suri adını Suri Kruzdan Suri Noelə dəyişib. O, yeni soyad kimi anası Keti Holmsun ikinci adını seçib.
Nəşrin əldə etdiyi seçici siyahılarında Surinin 2024-cü ilin oktyabrında Pensilvaniya ştatında, təhsil aldığı Karnegi Mellon Universitetində səsvermə üçün artıq "Suri Noel" adı ilə qeydiyyatdan keçdiyi bildirilir.
Məlumata əsasən, hüquqi ad dəyişikliyi təhsil almaq üçün Pensilvaniyaya köçməzdən əvvəl Nyu-York ştatında rəsmiləşdirilib.
Qeyd edək ki, Tom Kruz və Keti Holms 2006-cı ildə ailə qurublar, 2012-ci ildə isə boşanıblar. Boşanmadan sonra Surinin qəyyumluğu tam şəkildə anasına verilib.
İddialara görə, Tom Kruz 2013-cü ildən etibarən qızı ilə əlaqə saxlamır. Bu vəziyyətin aktyorun sayentologiya təşkilatı ilə bağlı mövqeyi və Keti Holmsun həmin dini cərəyanla bütün əlaqələri kəsməsindən sonra yarandığı bildirilir.
Nəşr yazır ki, Suri artıq bir neçə ildir ictimai tədbirlərdə və məktəb sənədlərində "Noel" soyadından istifadə edir.
Daily Mail-ə danışan mənbənin sözlərinə görə, Suri Tom Kruzu həyatının bir hissəsi hesab etmir və onunla yenidən əlaqə yaratmaq niyyətində deyil.




Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:11 / 28.07.2026
Tom Kruzun qızı atasının soyadından rəsmən imtina etdi - FOTO
Hazırda oxunan: Tom Kruzun qızı atasının soyadından rəsmən imtina etdi - FOTO
Hazırda oxunan: Tom Kruzun qızı atasının soyadından rəsmən imtina etdi - FOTO
627947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































