Mənzildə təmir üçün icazə verilən saatlar AÇIQLANDI

Mənzildə təmir üçün icazə verilən saatlar AÇIQLANDI

Hazırda oxunan: Mənzildə təmir üçün icazə verilən saatlar AÇIQLANDI

627804

Bakıda hər gün hansısa yol və küçə abadlaşdırılır, təmir olunur. Bu, sürücü və sərnişinlərin, ümumilikdə insanların rahatlığı üçün atılan müsbət addımdır. Lakin bəzən eyni yol hər il, bəzən də hər fəsil təmirə dayanır. Vətəndaşların təmir sevgisi  təkcə yollarla bitmir, insanlar mənzillərində də vaxtaşırı təmir işləri gördürürlər. Paytaxtda ilin hər fəslində hansısa qonşunun mənzilini təmir etdirməsinə rast gələ bilərsən.

Mənzildə təmir işləri apararkən ən çox mübahisə doğuran məsələlərdən biri isə səs-küylü işlərin hansı saatlarda görülə bilməsidir. Qanunvericilik isə həm təmir aparan şəxslərin, həm də digər sakinlərin hüquqlarını nəzərə alaraq müəyyən qaydalar müəyyənləşdirir.

Bizim.Media-nın araşdırmasına görə, Azərbaycan qanunvericiliyinə əsasən, yaşayış yerlərində insanların dincliyinin qorunması əsas prinsiplərdən biridir.

Bu səbəbdən gecə saat 24:00-dan səhər 07:00-dək yüksək səs-küy yaradan tikinti və təmir işlərinin aparılması yolverilməz hesab olunur. Həmin saatlarda səs-küyə nəzarət Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir və sakinlərin müraciəti əsasında müvafiq tədbirlər görülə bilər.

İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 00:00-dan 07:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Praktikada isə yaşayış binalarının əksəriyyətində səs-küylü təmir işlərinin iş günlərində təxminən 09:00–19:00 saatları arasında aparılması qəbul olunmuş qaydadır.

Bir çox yaşayış kompleksləri sakinlərin rahatlığını təmin etmək məqsədilə şənbə, bazar və rəsmi istirahət günlərində də bu cür işlərə əlavə məhdudiyyətlər tətbiq edirlər.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO