Əhmədli qəbiristanlığında ağac qəbirlərin üzərinə aşdı - VİDEO

Əhmədli qəbiristanlığında ağac qəbirlərin üzərinə aşdı - VİDEO

Hazırda oxunan: Əhmədli qəbiristanlığında ağac qəbirlərin üzərinə aşdı - VİDEO

627931

Bakını Xətai rayonunun Əhmədli kənd qəbiristanlığında güclü küləyin təsiri nəticəsində ağac qəbirlərin üzərinə aşıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər oxu.az-ın qaynar xəttinə daxil olub.

Müraciət edən şəxs bildirib ki, bir neçə gün əvvəl güclü küləyin təsirindən ağac aşaraq qəbiristanlığın hasarını dağıdıb və məzarların üzərinə düşüb.

O bildirib ki, hadisədən günlər keçməsinə baxmayaraq, ağac hələ də ərazidən götürülməyib. İddiaya əsasən, başdaşlarından birinə də ziyan dəyib.

Sakinlər həmçinin qəbiristanlıqda aşma təhlükəsi yaradan digər ağacların da olduğunu qeyd edərək, onların külək əsəndə yelləndiyini və növbəti günlərdə qəbirlərin, ziyarətə gələn adamların üzərinə düşə biləcəyindən narahat olduqlarını deyiblər.
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO