Bakıda sınan ağac budağı qadının üzərinə düşdü - ANBAAN VİDEO

Bakıda sınan ağac budağı qadının üzərinə düşdü - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda sınan ağac budağı qadının üzərinə düşdü - ANBAAN VİDEO
627930
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb.

Bizim.Media "Unikal.az"a istinadla xəbər verir ki, ötən gün sınan budaqlardan biri küçədə piyada hərəkət edən qadının üzərinə düşüb.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin dünən yaydığı məlumata görə, güclü küləyin təsiri nəticəsində qırılan budağın altında qalan şəxs nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Aparılan müayinələr nəticəsində pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub.

Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.

Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO