Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR

Hazırda oxunan: Türkiyədə qalmaqallı "Ahbap" fondu LƏĞV EDİLİR
627869
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbul məhkəməsi fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı prokurorluğun açdığı iş çərçivəsində "Ahbap" xeyriyyə fondu üçün xarici idarəetmə təyin edib, təşkilatın bütün daşınmaz əmlakını bu idarəetməyə verib və fondun ləğvi prosesinə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Qeyd edək ki, iyulun 27-də səhər saatlarında polis istintaq çərçivəsində yeni reydlər keçirib. 13 nəfər saxlanılıb. Ümumilikdə, aralarında fondun təsisçisi, rok musiqiçisi Haluk Levent və bloqer Oğuzhan Uğurun da olduğu təxminən 30 şübhəli həbs edilib.

Həmçinin bildirilib ki, Türkiyədə tanınmış şou-biznes və media nümayəndələri ifadə vermək üçün prokurorluğa çağırılıb.

"Cumhuriyet" qəzetinin məlumatına görə, ifadə verəcək şəxslər arasında "Kurt Seyit və Şura", "Bir sevgi hekayəsi" serialları və "Kiralık Aşk" filmi ilə tanınan aktrisa və model Elçin Sangu, məşhur musiqiçilər Mahsun Kırmızıgül, Gülben Ergen və Hayko Cepkin, həmçinin telejurnalist Uğur Dündar da var.

İstintaq orqanları Ahbap fondunun rəhbərliyini toplanmış vəsaitləri şəxsi hesablara köçürməkdə və aktivlər almaqda şübhəli bilir. Yeni Şafak qəzetinin məlumatına görə, saxta şəxslərin adına rəsmiləşdirilmiş mənimsənilən aktivlərin ümumi məbləği təxminən 60 milyon ABŞ dolları təşkil edir. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO