Amerikalı iqtisadçı Yunanıstanın Aİ-dən çıxarılmasını təklif etdi

Amerikalı iqtisadçı Yunanıstanın Aİ-dən çıxarılmasını təklif etdi

Hazırda oxunan: Amerikalı iqtisadçı Yunanıstanın Aİ-dən çıxarılmasını təklif etdi

627923

Amerikalı iqtisadçı Robin Bruks Yunanıstanın Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalarını zəiflətməkdə ittiham edərək, ölkənin Aİ-dən çıxarılmasını təklif edib.

Bizim.Media xəbər verir ki, Brukinqs İnstitutunun baş elmi işçisi Robin Bruks bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Yunanıstan son dörd il ərzində Rusiyaya qarşı Aİ sanksiyalarını sistemli şəkildə sarsıdıb.
 

"Yunanıstan artıq dörd ildir ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarını pozur. Müxtəlif dolanma yolları tapmaq olar, lakin əsas problem Avropa İttifaqında qaydaları pozan ölkələr üçün real cəza mexanizminin olmamasıdır. Bu, yalnız Yunanıstan kimi bir ölkə Aİ-dən çıxarıldığı halda dəyişəcək. Həll yolu budur", – deyə Robin Bruks qeyd edib.


Qeyd edək ki, bu, Robin Bruksun şəxsi mövqeyidir. Hazırda Yunanıstanın Avropa İttifaqından çıxarılması ilə bağlı Aİ səviyyəsində hər hansı rəsmi təşəbbüs və ya prosedur mövcud deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO