Tacikistanda hicab, saqqal və ərəb geyimlərinin istifadəsinə QADAĞA QOYULDU

Tacikistanda hicab, saqqal və ərəb geyimlərinin istifadəsinə QADAĞA QOYULDU

Hazırda oxunan: Tacikistanda hicab, saqqal və ərəb geyimlərinin istifadəsinə QADAĞA QOYULDU

627906

Tacikistan hakimiyyəti milli ənənələrə uyğun hesab edilməyən geyim və xarici görünüş elementlərinə tətbiq olunan məhdudiyyətləri daha da sərtləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə Nuz.uz məlumat yayıb.

Bildirilir ki, ölkədə xüsusilə Tacikistan mədəniyyətinə yad hesab olunan geyimlərin, ilk növbədə qara hicabların və bəzi ərəb geyimlərinin geyinilməsi və ölkəyə gətirilməsi məhdudlaşdırılır. Yerli icra orqanlarının nümayəndələri şəhər və kəndlərdə maarifləndirmə tədbirləri keçirərək qadınları ənənəvi tacik milli geyimlərinə üstünlük verməyə çağırırlar.
 

Məlumata görə, hüquq-mühafizə orqanları dini radikalizm və ekstremizmlə əlaqələndirilən saqqal saxlayan kişilərə nəzarəti də gücləndirib. Bəzi hallarda yoxlamaların aparıldığı, inzibati tədbirlərin görüldüyü və saqqalın qırxıldığının mütəmadi təsdiqlənməsinin tələb olunduğu bildirilir.


Tacikistan rəsmiləri bu addımların dini radikalizm və ekstremizmlə mübarizə, həmçinin milli mədəniyyətin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi daşıdığını vurğulayırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO