Tramp ABŞ konqresmeninin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı

Tramp ABŞ konqresmeninin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı

Hazırda oxunan: Tramp ABŞ konqresmeninin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı
627909
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Konqresinin Respublikaçı üzvü Abe Hamadeh Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüş və Azərbaycanın strateji əhəmiyyətinə dair "Newsmax" portalında məqalə dərc edib.

Bizim.Media ABŞ Prezidenti Donald Tramp həmin məqaləni özünün "Truth Social" hesabında paylaşıb.

Hamadeh yazısında bildirib ki, Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü ona ABŞ-nin etibarlı tərəfdaşlarla əməkdaşlığının əhəmiyyətini bir daha göstərib:

"Azərbaycandan yenicə qayıtmışam və Prezident İlham Əliyevlə görüş keçirdim. Bu səfər bir daha göstərdi ki, Amerika etibarlı tərəfdaşlarla fəal əməkdaşlıq etdikdə onun təsiri daha güclü olur."

Konqresmen Azərbaycanın geostrateji mövqeyinə də diqqət çəkərək qeyd edib ki, ölkə Avropa ilə Asiyanın kəsişməsində yerləşən, həm Rusiya, həm də İranla həmsərhəd olan mühüm enerji istehsalçısı, nəqliyyat qovşağı və təhlükəsizlik tərəfdaşıdır:

"Azərbaycan Vaşinqtonda həmişə gündəmin mərkəzində olmasa da, dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir."

Hamadeh vurğulayıb ki, Prezident Donald Trampın rəhbərliyi dövründə Ermənistan və Azərbaycan davamlı sülh istiqamətində mühüm irəliləyiş əldə edib və ABŞ bu prosesdə fəal iştirakını davam etdirməlidir:

"Əgər Amerika liderlik etməsə, Rusiya və İran kimi rəqib güclər yaranan boşluğu doldurmağa çalışacaq."

Qeyd edək ki, Abe Hamadeh iyun ayında Azərbaycana səfər edib, Prezident İlham Əliyev və digər yüksəkvəzifəli rəsmilərlə görüşlər keçirib. Görüşlərdə Azərbaycan-ABŞ münasibətləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan sülh prosesi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO