Son 6 ildə 913 uşaq ailələrinə qaytarılıb

Son 6 ildə 913 uşaq ailələrinə qaytarılıb

Hazırda oxunan: Son 6 ildə 913 uşaq ailələrinə qaytarılıb

627989

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin 2020-ci ildən bəri həyata keçirdiyi reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq sosial xidmət müəssisələrindən öz ailələrinə qaytarılıb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələr üçün sosial dəstək tədbirlərini əhatə edən ailə inkişaf planları hazırlanır.

Həmin planlar çərçivəsində ailələrin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə dəstək göstərilir.

Bildirilib ki, uşaqlar ailələrinə qaytarıldıqdan sonra onların ailədəki vəziyyətinin izlənilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır.

Agentlik tərəfindən eyni zamanda uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində sosial-psixoloji dəstək və maarifləndirmə tədbirləri də həyata keçirilir.

Qeyd olunub ki, ötən dövrdə görülən tədbirlər nəticəsində 1019 uşağın ailələri tərəfindən sosial xidmət müəssisələrinə verilməsinin qarşısı alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO