Fransada "cəhənnəmə aparan yol": Meşə yanğını yüzlərlə villanı məhv etdi – FOTO

Fransada "cəhənnəmə aparan yol": Meşə yanğını yüzlərlə villanı məhv etdi – FOTO

Hazırda oxunan: Fransada "cəhənnəmə aparan yol": Meşə yanğını yüzlərlə villanı məhv etdi – FOTO
627946
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın Bordo şəhəri yaxınlığında davam edən nəhəng meşə yanğını elit yaşayış məntəqələrini külə çevirib. Faciə nəticəsində yüz minlərlə insan evlərini tərk etməyə məcbur olub.

Bizim.Media xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Məlumata görə, Bordo ilə Kap-Ferre yarımadasını birləşdirən 66 kilometrlik D106 avtomobil yolu hazırda yanğının episentrinə çevrilib. Yolun hər iki tərəfində yanmış avtomobillər, külə dönmüş villalar və tamamilə məhv olmuş şam meşələri görünür.

İyulun 12-də başlayan yanğın indiyədək Parisin ərazisindən təxminən dörd dəfə böyük sahəni məhv edib. Təbii fəlakət səbəbindən 260 mindən çox sakin təxliyə olunub.

Yanğın nəticəsində 240-dan artıq yaşayış və digər daşınmaz əmlak obyekti tamamilə dağılıb. Onların əksəriyyəti varlı parislilərə məxsus bağ evləri və villalar olub.

Fransa Prezidenti Emmanuel Makron Bordoya səfəri zamanı vəziyyəti İkinci Dünya müharibəsindən bəri ölkənin üzləşdiyi ən ağır fəlakətlərdən biri adlandırıb.

Hazırda alov Bordoya doğru irəliləməkdə davam edir. Güclü külək və anomal istilər yanğının söndürülməsini çətinləşdirir.

Fransanın daxili işlər naziri Loran Nunes bildirib ki, Jirond departamentində yanğın artıq 40 min hektardan çox ərazini məhv edib və alov faktiki olaraq "öz qanunları ilə yaşayır".

Yanğının söndürülməsinə hərbçilər, yanğınsöndürənlər, fermerlər, şərab istehsalçıları və yerli sakinlər cəlb olunub. Bundan əlavə, Avropa İttifaqı Fransaya əlavə yanğınsöndürən təyyarələr göndərdiyini açıqlayıb.

Fransada
Fransada
Fransada
Fransada

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO