Fransada bir ay ərzində üç muzey qarət olunub

Fransada bir ay ərzində üç muzey qarət olunub

Hazırda oxunan: Fransada bir ay ərzində üç muzey qarət olunub
627970
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransada iyul ayı ərzində üç muzeydə oğurluq hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Le Parisien nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, qarətlər Tarn, Aşağı Reyn (Bas-Rhin) və Kot-d'Or departamentlərində yerləşən muzeylərdə qeydə alınıb.
 

Son oğurluq iyulun 24-də Kot-d'Or departamentində yerləşən Şatiyon Muzeyində baş verib. Naməlum şəxslər burada saxlanılan, məşhur Viks xəzinəsinin bir hissəsi hesab olunan qızıl boyunbağını oğurlayıblar.


İyulun 5-də isə Aşağı Reyn departamentindəki Lalik Muzeyindən ümumi dəyəri 4,5 milyon avrodan çox olan 27 ədəd zinət əşyası oğurlanıb.

Bundan əlavə, iyulun 1-nə keçən gecə Tarn departamentində yerləşən Montan Arxeologiya Mərkəzindən eramızdan əvvəl təxminən 50-ci ilə aid olduğu bildirilən, ümumi dəyəri 120 min avrodan artıq olan 40-a yaxın qızıl sikkə aparılıb.

Le Parisien qeyd edir ki, qısa müddət ərzində baş verən bu hadisələr muzeylərin yenidən mütəşəkkil cinayətkar qrupların hədəfinə çevrildiyini göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO