Çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Aviasiya haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Aviasiya haqqında” qanuna əsasən, Nazirlər Kabineti çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və uçuşu ilə bağlı tələblərin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi ilə əlaqədar təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Eyni zamanda NK çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin və Azərbaycan Respublikası Turizm Agentliyinin təklifləri nəzərə alınmaqla, üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
Bu Fərmanda nəzərdə tutulan qaydalarda çox yüngül uçuş aparatlarının istifadəsi və uçuşu ilə bağlı aşağıdakılar öz əksini tapmalıdır:
-uçuş aparatlarının texniki göstəricilərinə dair tələblər;
-uçuş aparatlarının və istismarçılarının qeydiyyatı, habelə qeydiyyatdan azad edilmə halları;
-uçuş aparatlarını idarə edən şəxslərə dair yaş, hazırlıq, tibbi yararlılıq və peşə hazırlığı tələbləri, habelə onların uçuş aparatını idarə etmək hüququ verən sənədlə təmin olunması mexanizmi;
-uçuşların həyata keçirilməsi üçün icazə verilən, məhdudlaşdırılan və qadağan edilən ərazilərin dəqiq müəyyən olunması meyarları, o cümlədən dövlət sərhədi, hərbi obyektlər, strateji infrastruktur obyektləri, hava limanları və digər xüsusi rejimli zonalar üzərində uçuşların tənzimlənməsi;
-uçuş aparatlarından kommersiya və ya qeyri-kommersiya, o cümlədən şəxsi, idman, turizm məqsədləri ilə istifadənin xüsusiyyətləri;
-təhlükəsizlik tələbləri, o cümlədən uçuşların təhlükəsiz həyata keçirilməsi məqsədilə uçuşların əvvəlcədən razılaşdırılması və məlumatlandırma prosedurları;
-uçuş aparatlarının texniki yararlılığına, istismarına və dövri yoxlanılmasına dair tələblər;
-uçuş aparatları istismarçılarının və uçuşlarda iştirak edən şəxslərin hüquq və vəzifələri.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:45 / 28.07.2026
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
Hazırda oxunan: Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
Hazırda oxunan: Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
627959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































