"İnsanları ağlatmaq asandır" - Rəfael

Hazırda oxunan: "İnsanları ağlatmaq asandır" - Rəfael

74522
Əməkdar artist Rəfael İsgəndərov yeni çəkilən filmlərdən danışıb.

Axşam.az-ın əməkdaşı ilə söhbətində “Bu şəhərdə”x9dnin aktyoru ekran işlərində istifadə olunan söyüşlərə irad bildirib:
“Azərbaycanda kinonun inkişaf etməsi sevindirici haldır. Bəziləri şikayət edir ki, yeni çəkilən filmlərin  hamısı komediya janrındadır. Əslində insanları ağlatmaq asandır. Evdə oturub bir seriala baxırlar, dərdləri yadlarına düşür. Ən çətini güldürməkdir. Komediya janrı yarışa çevrilib. Tələbat da var. Yeni çəkilən filmlərin heç birini izləməmişəm. Hətta bu yaxınlarda Coşqun və Müşviqlə söz verdik ki, gedib hamısına baxaq. İnsanlardan filmlərlə bağlı çox söz eşitmişəm: tərifləyiblər, tənqid bildiriblər, söyüblər, zalı yarımçıq tərk ediblər. Bir də söyüşə çox yol verildiyini eşitmişəm. Bu dəb də Türkiyədən, Amerikadan gəlib. İrad tutan kimi “Rəcəb İvedik”x9di misal çəkirlər ki, onlara baxanda niyə bəyənirsiniz?".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO