Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO

Hazırda oxunan: Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO
633177
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 26-da Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli incəsənət məktəbində görülən işlər barədə məlumat verdi.
 

Bildirildi ki, Bilgəh incəsənət məktəbi Bilgəh qəsəbə Mədəniyyət Evi, 27 nömrəli uşaq musiqi məktəbi və Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana sisteminin 10 nömrəli kitabxana filialının fəaliyyətlərinin optimallaşdırılması nəticəsində yaradılıb.


Qeyd edək ki, Bilgəh qəsəbə Mədəniyyət Evinin inzibati binası 1987-ci ildə inşa olunduğundan ötən müddət ərzində köhnələrək istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 220 yerlik yeni məktəb binası inşa olunub.

Zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilən təhsil müəssisəsinin binasında musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltaraşlıq, dizayn otaqları, xoreoqrafiya və akt zalları, qarderob, kitabxana və yeməkxana var.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri də görülüb.

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO - foto 1
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO - foto 2
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO - foto 3
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO - foto 4
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO - foto 5
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO - foto 6
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO - foto 7
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO - foto 8
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO - foto 9
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO - foto 10
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO - foto 11
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO - foto 12
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO - foto 13
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO - foto 14


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO