Uzun müddətdir səhhətində yaşadığı problemlər səbəbilə ekranlardan və səhnələrdən uzaq qalan məşhur türkiyəli şoumen Mehmet Ali Erbil yenidən səhnəyə çıxıb.
Bizim.Media xəbər verir ki, Erbil Eskişehirdə təşkil olunan özəl sıra gecəsində iştirak edib.
Yaxın dostu Yunus Bülbüllə birlikdə səhnəyə çıxan şoumen mahnı oxuyub, qonaqlarla söhbət edib və özünəməxsus zarafatları ilə gecəyə rəng qatıb.
Uzun fasilədən sonra səhnədə görünən Erbilin əhvalının yüksək olduğu və enerjili davranışları ilə diqqət çəkdiyi bildirilib. Onun səhnədəki çıxışı pərəstişkarlarına televiziya proqramlarında olduğu illəri xatırladıb.
Gecədən yayılan görüntülərdə isə Erbilin xarici görünüşündəki dəyişiklik diqqət çəkib. Məşhur şoumenin əvvəlki dövrlə müqayisədə çəki aldığı, xüsusilə qarın və sinə nahiyəsindəki dəyişikliklərin nəzərə çarpdığı görülüb.
Sosial mediada qısa müddətdə yayılan görüntülər istifadəçilər arasında müzakirələrə səbəb olub. Buna baxmayaraq, Erbilin səhnədəki şən və pozitiv davranışları da diqqətdən yayınmayıb. (Demokrat.az)

Bizim.Media































































































