“Bəs mənimlə evlənəcəkdin...” – Rəşid Behbudovun qızı Poladın evlənməsindən yazdı - FOTO

“Bəs mənimlə evlənəcəkdin...” – Rəşid Behbudovun qızı Poladın evlənməsindən yazdı - FOTO

Hazırda oxunan: “Bəs mənimlə evlənəcəkdin...” – Rəşid Behbudovun qızı Poladın evlənməsindən yazdı - FOTO

633202

Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun 3-cü dəfə evlənməsi ilə bağlı yayılan məlumatlar gündəmdə müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, xalq artisti Rəşid Behbudovun qızı Rəşidə Rəşid də xəbəri sosial şəbəkə səhifəsində paylaşaraq, maraqlı şərh yazıb:
 

“Mənim sevimli quşcuğazım. Axı sən mənlə evlənəcəyini söz vermişdin, uzun illər mənə and içmişdin. Nə oldu? Hətta məni Müslüm Maqomayevdən şəxsən xahiş etmişdin. Necə bir xəyanət... xəyanət...”


Şərhlərdə onun bu sözlərı ironiya ilə yazdığı məlum olub.

Qeyd edək ki, Rəşidə Rəşid özü ailəlidir, bir oğlu var.

Xatırladaq ki, Rəşidə Rəşid atası Rəşid Behbudova olan münasibət və haqsızlıqla bağlı uzun illər Polad Bülbüloğluna qarşı tənqidi münasibət göstərib. (bakupost.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO