Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

Hazırda oxunan: Gülben Ergenin "Instagram" gəliri gündəm oldu

633265

Türk müğənni məşhur müğənni Gülben Ergen sosial mediadan istifadədə yeni mərhələyə keçib.

Bizim.Media xəbər verir ki, "Instagram"da ödənişli abunəlik sistemini aktivləşdirən ilk məşhurlardan biri olan Ergen abunəçiləri üçün xüsusi məzmunlar paylaşmağa davam edir.

İzləyiciləri ilə daha səmimi ünsiyyət qurmaq istədiyini bildirən Gülben Ergen daha əvvəl ödənişli abunəlik sisteminin məqsədindən danışıb.

O, abunəçiləri üçün hazırladığı paylaşımlarda gündəlik həyatından görüntülər, maraq doğuran mövzular və daha təbii məzmunlar təqdim etdiyini bildirib.
 

Məşhur müğənninin “Instagram”da aylıq abunəlik haqqı 79,99 türk lirəsi müəyyən edilib. Sistemə qoşulan abunəçilərin sayının 6 662 nəfərə çatdığı bildirilib. Bu rəqəm əsasında aparılan hesablamaya görə, Gülben Ergenin ödənişli abunəlik sistemindən əldə etdiyi ümumi aylıq gəlir təxminən 550 min türk lirəsinə (təxminən 19.435 azn) yüksəlib.


Məşhurların sosial media platformalarında istifadə etdiyi ödənişli abunəlik modeli son dövrlərdə yeni gəlir mənbəyinə çevrilib. Gülben Ergenin bu sistemdə əldə etdiyi abunəçi sayı sosial şəbəkələrdə kontent istehsalı və rəqəmsal gəlir modellərinin şou-biznesə təsirini bir daha gündəmə gətirib. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO