Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO

Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO

Hazırda oxunan: Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO
633184
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi rayonunda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 116 yerlik uşaq bağçası kimi istifadəyə verilən müəssisə 1972-ci ildən eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası kimi fəaliyyət göstərib. Hazırda isə 352 saylı körpələr evi-uşaq bağçası kimi fəaliyyətini davam etdirir.

Heydər Əliyev Fondunun dəstəyi ilə binada əsaslı təmir işləri aparılıb və yeni korpus inşa olunub.
 

Yeni körpələr evi-uşaq bağçasında eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün xüsusi qrup saxlanılmaqla, uşaqların məktəbəqədər təhsil və tərbiyə almalarına hər cür şərait yaradılıb. Eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün burada 36 yerlik ikimərtəbəli əlavə korpus inşa olunub.


Körpələr evi-uşaq bağçasında surdoloq, oyun və yataq otaqları, idman, tədbir, musiqi və rəqs zalları, tibb, geyinib-soyunma və müəllimlər otaqları var. Surdoloq kabinetləri, dərs, oyun otaqları zəruri avadanlıqlar və mebellərlə təmin olunub.

Uşaqlar üçün açıq havada oyun və idman meydançaları salınıb, söhbətgahlar quraşdırılıb.

Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO - foto 1
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO - foto 2
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO - foto 3
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO - foto 4
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO - foto 5
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO - foto 6
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO - foto 7
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO - foto 8
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO - foto 9
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO - foto 10
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO - foto 11
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO - foto 12


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO